CƏMİYYƏT


Noyabrın 1-dək bütün növ yük və avtobus tipli avtomobillər texniki baxışdan keçməlidir

Avqustun 1-dən bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçirilməsinə başlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bütün növ yük və avtobus tipli avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı xəbərdarlıq edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda Daxili İşlər Nazirliyinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi bu tipli avtomobillərin texniki baxışdan keçirilməsinə start verib.