CƏMİYYƏT


Yol polisi “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar olaraq, Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Həmin gün futbolu izləməyə xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, stadion ərazisinə şəxsi avtomobillər buraxılmayacaq.