CƏMİYYƏT


Həkimlərdən həyəcan təbili: Siqaretdən vaxtında azad olun

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri Vasif Abdullayev deyir ki, 20 yaşında siqaret çəkən insan artıq 40-45 yaşlarında onun fəsadları ilə qarşılaşmağa başlayır. Siqaretin törətdiyi fəsadlar arasında ən təhlükəlisi isə ağciyərlərin xroniki obstruktiv xəstəliyidir. Tənəffüsün çətinləşməsi və təngənəfəsliklə müşayiət olunan bu xəstəlik həyat üçün təhlükə yaradır və tam müalicə olunmur.