QAN YADDAŞI


FHN Akademiyasında 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə milliyətindən, yaşından və cinsindən asılı olmayaraq günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib.