QAN YADDAŞI


Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 19-da komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində anım tədbiri keçirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi səkkiz il keçir. Azərbaycan xalqı həmin tarixi həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb.