QAN YADDAŞI


İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Azərbaycanın İtaliyadakı səfirliyi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan və region üzrə tədqiqatçılar, KİV təmsilçiləri, Azərbaycan icmasının üzvləri, o cümlədən İtaliyanın müxtəlif universitetlərində təhsil alan Azərbaycan və digər ölkələrdən olan tələbələr iştirak ediblər.