QAN YADDAŞI


Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Ankara şəhərində anma mərasimi keçirilib. AZƏRTAC xəbər verdi ki, mərasimdə rəsmi şəxslər, Türkiyə Böyük Millət Məclisinin deputatları, Azərbaycan və Türkiyəni təmsil edən elm və mədəniyyət adamları, QHT və KİV təmsilçiləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr və kursantlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.