QAN YADDAŞI


Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib

Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər rayonundan olan 1500 məcburi köçkün ailəsi üçün Gəncə şəhərində salınmış yeni qəsəbədə abidə kompleksinin açılışı olub.