DÜNYA


Cənubi Koreya xəstəxanasında yanğın: 41 ölü

Koreya Respublikasının Miryan şəhərində xəstəxanada baş verən yanğın nəticəsində azı 41 nəfər ölüb, 70 nəfərdən çox adam yaralanıb. AZƏRTAC Koreya KİV-lərinə istinadla xəbər verir ki, yanğın bu gün səhər yerli vaxtla 7:30-da (Bakı vaxtı ilə 2:30) “Sejong” xəstəxanasının əsas binasının birinci mərtəbəsindəki təcili yardım bölməsində başlayıb. Qısa zamanda yanğınsöndürən briqadalar hadisə yerinə cəlb olunub. Təxminən bir saat 40 dəqiqəyə yanğın nəzarət altına alınıb.