DÜNYA


Bişkekdə anomal şaxtalar 15 nəfərin həyatına son qoyub

Bişkek şəhər baş polis idarəsi mətbuat xidmətinin məlumatına əsasən, məhkəmə-tibbi ekspertizası 15 nəfər evsiz insanın donaraq öldüyü barədə ilkin rəy verib. Bişkekin hüquq mühafizə orqanları anomal şaxtalarla əlaqədar küçələrdə donan insanları aşkara çıxarmaq üçün reydlər keçirir. Şəhərdə sutkalıq növbə çəkən polis idarəsinin əməkdaşları 85 nəfəri sığınacağa aparıblar.