DÜNYA


Fransada iki hərbi helikopter qəzaya uğrayıb

İnsident ölkənin cənub-şərqində yerləşən Var departamentində, Sen-Trope kurort şəhərindən 50 kilometr məsafədə yerləşən Karsez gölü yaxınlığında yerli vaxtla səhər saat 10 radələrində qeydə alınıb. Hazırda qəzanın baş verdiyi ərazidə xilasetmə qrupları fəaliyyət göstərir, hadisənin başvermə səbəbləri aydınlaşdırılır.