DÜNYA


Köln şəhərində iki tramvay toqquşub, azı 40 nəfər xəsarət alıb

Almaniyanın Köln şəhərində iki tramvay toqquşub, nəticədə 40 nəfərdən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 16-na tibbi yardım göstərilib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident dəmir yolu nəqliyyatının hərəkətində gecikmələrə səbəb olub.