CƏMİYYƏT


Sabah Azərbaycanda 30 dərəcəyədək isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16°, gündüz 22-27°, Bakıda gecə 14-16°, gündüz 25-27° isti olacağı gözlənilir.