CƏMİYYƏT


1 yaş 8 aylıq olan körpənin qaraciyərində riskli əməliyyat aparıldı

Qaraciyərinin sağ payında böyük ölçüdə törəmə ilə doğulan balaca Dilək son çarə olaraq əməliyyat olunub. Əməliyyatı icra edən Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirir ki, qaraciyərin şiş xəstəliyi müxtəlif yaş qruplarında rast gəlinsə də, uşaqlarda bu cərrahi baxımından xüsusi təcrübə və peşəkarlıq tələb edir.