CƏMİYYƏT


Azərbaycanda unikal əməliyyat: Ana bətnində olan körpəyə qan köçürülməklə həyatı xilas olundu

Azərbaycanda riskli əməliyyat həyata keçirilib. Ana bətnində olan körpəyə qan köçürülməklə onun həyatı xilas olunub. Azərbaycan Tibb Universitetinin həyata keçirilən əməliyyat mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov tərəfindən aparılıb. 7 yaşlı qız anası olan Sidarə Rəhimovanın oğlu da sağlam doğulub və ailəsinin sevincinə səbəb olub. Qeyd edək ki, Şamaxı rayon sakini olan Sidarə bundan əvvəl də 4 dəfə eyni problemlə ana bətnində olan körpəsini itirib.