İDMAN


Rusiya millisi penalti seriyasında İspaniyanı məğlub edərək mundialın dörddəbir finalına adlayıb

İyulun 1-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının daha bir dörddəbir finalçısı müəyyənləşib. AZƏRTAC xəbər verir ki, mundialın səkkizdəbir final mərhələsi çərçivəsində Moskvadakı “Lujniki” stadionunda Rusiya və İspaniya yığma komandaları üz-üzə gəliblər. Matç 1:1 hesabı ilə başa çatıb.