CƏMİYYƏT


Qusarda keçirilən humanitar aksiyada 200-ə yaxın donor könüllü qan verib

İyulun 31-də Qusar rayonunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 200-ə yaxın könüllü donordan qan götürülüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qanvermə aksiyası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya, Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankı və Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilib.