ELM VƏ TƏHSİL


Aqrar Universitetin rektoru: 400-dən çox bal toplayaraq universitetimizi seçən tələbələrə əlavə təqaüd veriləcək

Bu il kənd təsərrüfatıyönümlü ixtisasları seçən, 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov deyib.