CƏMİYYƏT


Göbələk xəstəliklərində gigiyenik normalara riayət etmək önəmlidir

Yay aylarında insanların əziyyət çəkdiyi xəstəliklərdən ən geniş yayılanı göbələk xəstəliyidir. Havaların isti keçməsi ilə əlaqədar insanların daha çox istifadə etdiyi çimərlik, hovuz və ümumi hamamlarda göbələk xəstəliklərinə daha çox təsadüf edilir. Əllərdə və ayaqlarda yaranan göbələk xəstəliyi isə daha çox gigiyenik normalara əməl edilmədikdə yaranır və daha ciddi narahatlıqlar törədir.