DÜNYA


Venesuelada 7,3 maqnituda gücündə güclü zəlzələ olub

Venesuelada baş vermiş zəlzələ paytaxt Karakas da daxil olmaqla, bütün ölkə ərazisində hiss olunub. Yeraltı təkanlar bir neçə on saniyə davam edib, binalar titrəyib, pəncərələri silkələnib, dayanacaqda maşınlar yerindən tərpənib. Evlərin divarlarında böyük çatlar əmələ gəlib, bəzilər evlər dağılıb.