MƏDƏNİYYƏT


Şimal bölgəsində dulusçuluq sənətinin “sonuncu mogikan”ı

Quba rayonun Yenikənd kəndində yaşayan Nəcəf Qədirov şimal bölgəsində dulusçuluqla məşğul olan yeganə sənətkardır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, otuz ildən çoxdur dulusçuluqla məşğul olan sənətkar bu işi hərbi xidmətdən qayıtdıqdan sonra həmkəndlilərindən öyrənib. Ötən əsrin səksəninci illərində Yenikənddə dulusçuluqla məşğul olan 6-7 tanınmış sənətkar olub. İndi isə qədim sənətkarlıq ənənəsini yalnız 53 yaşlı Nəcəf Qədirov yaşadır.