CƏMİYYƏT


Cərrah: Ana olmaqda çətinliyi olan qadınlar ilk növbədə laparoskopik müayinədən keçməlidirlər

5 ildir ana olmaq arzusu ilə yaşayan Salyan rayon sakini Ayşən Kazımova uğurlu əməliyyat nəticəsində ana olmağa hazırlaşır. 24 yaşlı Ayşən artıq 5 həftəlik hamilədir. Pasiyent deyir ki, bir dəfə uğursuz hamiləlik keçirib. Çox müalicələr almasına baxmayaraq o ana ola bilməyib. 1 il öncə cərrah-endoskopist Fərhad Sultanovun uğurlu əməliyyatından sonra gənc qadın nəhayət arzusuna çatıb.