MƏDƏNİYYƏT


Azərbaycanda da çəkilişləri olan məşhur avtoşou efirə çıxacaq

"Amazon Prime - The Grand Tour" serialının növbəti mövsümü Azərbaycanda çəkilib. Britaniyalı teleaparıcı Ceremi Klarkson məşhur "Top Gear" avtoşousundan olan həmkarları Riçard Hammond və Ceyms Meyilə birlikdə "The Grand Tour"un yeni mövsümünün çəkilişləri çərçivəsində bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər ediblər.