SİYASƏT


Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat oxunub

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. AZƏRTAC xəbər verir ki, bəyanatı Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Türkiyə Böyük Millət Məclisində jurnalistlər qarşısında oxuyub.