QAN YADDAŞI


Riqada Xocalı qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Latviyadakı səfirliyinin təşkilatçılığı ilə Riqada Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Latviya Universiteti Akademik Kitabxanasının konfrans zalında keçirilən tədbirdə bu ölkənin keçmiş prezidenti Valdis Zatlers, ölkə ictimaiyyətinin üzvləri, elm və mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri, parlament dostluq qrupunun təmsilçiləri, jurnalistlər, müxtəlif ölkələrdən olan tələbələr iştirak ediblər.