CƏMİYYƏT


İrandan gətirdiyi 4 kq tiryəki satarkən tutuldu - Əməliyyat görüntüləri

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qeyri-qanuni yollarla gətirilmiş narkotik vasitələrin realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Nəcəfov Pərviz Nəcəf oğlu sellofan torbada narkotik vasitə olan bağlamaları şərti alıcıya satmaq istəyərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılıb. Baxış zamanı vətəndaşa məxsus torbanın içərisində 9 ədəd uzunsov formalı, şəffaf rəngli polietilen bağlamalarda qablaşdırılmış spesifik qoxuya malik, cəmi çəkisi 4188 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.