ELM VƏ TƏHSİL


Şəkidə gənc müəllimlərin yay məktəbi başa çatıb

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən iyulun 23-dən 26-dək Şəki şəhərində təşkil olunan Azərbaycan gənc müəllimlərinin yay məktəbi işini uğurla başa vurub. Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan yay məktəbində Bakı və bölgələrdən olan gənc müəllimlər iştirak edib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 26-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində yay məktəbinin başa çatması münasibətilə tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, şəhər icra hakimiyyətinin və təhsil şöbəsinin rəsmiləri iştirak ediblər.