DÜNYA


Kabildə daha bir terror aktı: 16 ölü, 119 yaralı

Əfqanıstanın paytaxtı Kabildə daha bir terror aktı törədilib. AZƏRTAC Əl Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, yük avtomobilinə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində ən azı 16 nəfər ölüb, əksəriyyəti dinc insanlar olmaqla 119 yaralı var. Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, terror aktı əcnəbilərin evlərinin və ofislərinin olduğu Yaşıl Kənd adlanan rayonda törədilib. Nazirliyin sözçüsü Nüsrət Rəhimi qeyd edib ki, partlayış nəticəsində yaxınlıqda olan yanacaqdoldurma stansiyası da alovlanıb. Onun sözlərinə görə, bombalı hücumda iştirak edən 5 terrorçu xüsusi təyinatlı qüvvələrin əsgərləri tərəfindən öldürülüb.