İQTİSADİYYAT


Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qəbələ rayonunun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yollarının yenidən qurulması işlərini yekunlaşdırıb. Avtomobil yollarının ümumi uzunluğu 37 kilometr təşkil edir.