İQTİSADİYYAT


“Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfrans keçirilir

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının 20 illik yubileyi çərçivəsində sentyabrın 26-da fondun təşkilatçılığı, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) tərəfdaşlığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Bakıda “Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” adlı konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə institusional investorlar üçün müsbət təsirli investisiyalar bazarında ən son yeniliklər, investisiya mühiti, bu sahədə mövcud çağırış və imkanlar kimi məsələlər müzakirə edilir.