İQTİSADİYYAT


Bakıda Azərbaycan-Koreya biznes forumu keçirilib

Sentyabrın 30-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Koreya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən qida sənayesi, kimya, tekstil, kosmetik məhsullar və digər sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.