MƏDƏNİYYƏT


İstanbulda IV Etnospor Mədəniyyət Festivalı: Qarabağ atları və Azərbaycan kəlağayısı

Oktyabrın 3-də İstanbulda dördüncü Etnospor Mədəniyyət Festivalının açılışı olub. AZƏRTAC xəbər verir ki, müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunacağı bu festivalda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkmənistan, Nigeriya, Sudan, Qazaxıstan, Mərakeş, Fil Dişi Sahili, Fələstin, İraq, Özbəkistan, Pakistan, Rumıniya və Zimbabve olmaqla dünyanın 16 ölkəsinin nümayəndələri iştirak edir. Bu məqsədlə Azərbaycan Dövlət Sərhəd Xidmətinin 50 nəfərlik heyəti İstanbula səfər edib. Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət suvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının “Qarabağ atları və Azərbaycan kəlağayısı” kompozisiyası ilə təmsil olunur.