İQTİSADİYYAT


Qusarda 14 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Qusarda 14 yaşayış məntəqəsini əhatə edən Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılan yolun uzunluğu 46 kilometrdir.
Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla, 4-cü texniki dərəcəyə uyğun inşa edilir.