CƏMİYYƏT


Bakıda duman, çiskin olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində zəif duman olacağı, yağış yağacağı gözlənilir. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17°, gündüz 21-25° isti, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacağı gözlənilir.