İQTİSADİYYAT


Mərkəzi Bank uçot dərəcəsini azaldıb

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 8 faizdən 7,75 faizə endirilməsi haqqında qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 25-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, faiz dəhlizinin yuxarı həddi 9,5 faiz, aşağı həddi isə 6 faiz səviyyəsindədir. Qərar oktyabrın 25-dən qüvvəyə minir.