İQTİSADİYYAT


Bakı yarım əsrlik fasilədən sonra yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

Oktyabrın 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.
AZƏRTAC xəbər verir ki, bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu-Dehli şəhərləri də olub.