İQTİSADİYYAT


“Aqrar Tədarük və Təchizat” ASC fermerdən kələm və çuğundur satın alıb

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC fermerlərlə əməkdaşlığını davam etdirir. Bu dəfə qurum Bərdə rayonu Həsənqaya kənd sakini fermer Sahib Mehdiyevdən kələm və çuğundur məhsullarını tədarük edib.