İQTİSADİYYAT


Kənd Təsərrüfatı Nazirliyi Çin bazarının Azərbaycan fermerləri üçün daha əlçatan olmasına çalışır

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan fermerləri tərəfindən yetişdirilən və istehsal olunan məhsulların Çin bazarına çıxışını təşviq və təşkil etmək istiqamətində iş aparır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şanxay şəhərində davam edən II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində keçirilən “Bir kəmər, bir yol” eko-kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi mövzusunda forumda Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov deyib.