SİYASƏT


Ankarada Xocalı soyqırımı parkı və abidə kompleksi layihəsinin təqdimatı keçirilib

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin (TMCD) təşkilatçılığı ilə Ankarada Xocalı soyqırımı ilə bağlı mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə diplomatlar, sabiq millət vəkilləri, görkəmli alimlər, Ankaradakı soydaşlarımız, QHT və KİV nümayəndələri iştirak ediblər.
Ankarada Xocalı qurbanlarının xatirəsini əbədiləşdirəcək daha bir parkın və abidə kompleksinin layihəsinin, “Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” əsərinin, eləcə də türk, rus və ingilis dillərində fəaliyyət göstərən www.hocalisoykirimi.org internet saytının təqdimatına həsr olunan tədbirin təşkilinə Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) və Müəllif Hüquqları Baş İdarəsi tərəfindən dəstək verilib.