İQTİSADİYYAT


Serbiya hökuməti Azərbaycan şirkəti ilə yeni layihəyə dair müqavilə imzalayıb

Azərbaycanın “AzVirt” şirkəti Serbiyada Ruma-Sabaç-Loznisa avtomobil yolunun tikintisini həyata keçirəcək.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar keçirilən imzalanma mərasimində Serbiyanın Prezidenti Aleksandr Vuçiç də iştirak edib. Müqaviləni Serbiya hökuməti adından Nəqliyyat və İnfrastruktur naziri Zorana Mixailoviç və Azərbaycanın “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kamil Əliyev imzalayıblar.