İQTİSADİYYAT


Azərbaycanın iqtisadi potensialı Çin Xarici İnvestisiyalar Sərgisində təqdim edilib

Azərbaycanın iqtisadi potensialı, əlverişli biznes və sərmayə mühiti Pekində keçirilən 11-ci Çin Xarici İnvestisiyalar Sərgi-Konfransında təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Çin Milli İnkişaf və İslahatlar Komissiyasının, Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) təşkilatçılığı ilə Pekində keçirilən tədbirdə 100-dən çox ölkənin dövlət və özəl qurumlarının, ictimai təşkilatlarının nümayəndələri iştirak edib.