İQTİSADİYYAT


Daşınmaz əmlakın icbari sığortası, ödənişlər və cərimələr - İnfoqrafika

2020-ci il yanvarın 1-dən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlak icbari sığorta olunmalıdır. Bu risklərə təminat verilir: yanğın, subasma, qısaqapanma və s. Mənzillərdə - konstruktiv elementlər, otaqlar, qapı və pəncərələr, su, kanalizasiya və qaz boruları, rabitə, elektrik naqilləri, divar, tavan və döşəmə sığorta olunur. Bakı üzrə ödəniş 50 manat, Gəncə, Sumqayıt, Naxçıvan - 40 manat, digər ərazilər - 30 manatdır. İcbari sığortanın edilməməsinə görə cərimələr: Fiziki şəxslər - 30 manat, vəzifəli şəxslər - 80 manat, hüquqi şəxslər - 200 manat.