İQTİSADİYYAT


Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

“Aztelekom” MMC-nin Şirvan şəhərində telefon çəkilişi, əhatə dairəsinin genişləndirilməsi, genişzolaqlı internetə olan tələbatın keyfiyyətlə ödənilməsi məqsədilə ötən il bir sıra işlər həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görülən işlər nəticəsində telefon və internet abunəçilərinin sayında artım baş verib. Qeyd edək ki, bu ildə də Şirvan şəhərində rabitə və genişzolaqlı xidmətlərin çeşidlərinin artırılması istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub.