CƏMİYYƏT


Xəstəxanaya yerləşdirilən çinli tələbə yaxın günlərdə evə buraxılacaq

Bakı Dövlət Universitetində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-dək Çində olub. Bakıya qayıtdıqdan bir-neçə gün sonra Kliniki Tibbi Mərkəzə respirator infeksiya ilə müraciət edib. Həkimlər ona dərhal lazımı yardım göstəriblər. Xəstədən alınan analizlər labaratoriyaya göndərilib. Labaratoriyadan gələn nəticələr mənfidir. Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstənin vəziyyəti yaxşıdır. Yaxın günlərdə evə buraxılacaq. Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib.