CƏMİYYƏT


İcbari tibbi sığortanın tətbiq edildiyi bir ayda Göyçayda mərkəzi xəstəxanaya 11 mindən çox müraciət daxil olub

Azərbaycanda səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi xidmətlə təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Bu ilin ilk günündən etibarən ölkəmizdə icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin qərarına əsasən icbari tibbi sığorta 4 mərhələdə həyata keçirilir. 2020-ci il yanvarın 1-dən icbari tibbi sığorta ilk mərhələdə 23 rayon və şəhərdə tətbiq olunur.