MƏDƏNİYYƏT


Surə nənənin sevgi ilə yaratdığı əl işləri

Bəzən elə adamlarla rastlaşırıq ki, onları həyata təkcə ailəsi, dostları yox, həm də həvəslə gördüyü işlər və məşğuliyyəti bağlayır. Belə qəhrəmanlardan biri də Neftçalada yaşayan ağbirçək Surə nənədir.
AZƏRTAC xəbər verir ki, Neftçalanın Kürkənd kəndinin sakini 68 yaşlı Surə Əliyeva sadə kəndli həyatı yaşayır. O, hər gün həyətdəki gülləri becərir, onlara qulluq edir. Lakin Surə nənənin öz dili ilə desək, boş vaxtlarında hobbi kimi məşğul olduğu digər bir iş də var - müxtəlif dekorativ tətbiqi sənət nümunələri yaratmaq.