MƏDƏNİYYƏT


Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb

Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan və Rusiya Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə açılmış “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgidə 40-dan çox eksponat nümayiş olunur.