CƏMİYYƏT


Nazirliyin əməkdaşı koronavirus xəstələrinin plazma ilə müalicəsinin təfərrüatlarından danışıb AÇIQLAMA

Koronavirus xəstələrinin müalicəsində istifadə olunan konvalesent plazma müalicəsi artıq Azərbaycanda da tətbiq edilməyə başlanılacaq. İmmun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalmış xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən müalicə metodudur. Məsələni şərh edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib ki, bu metod ilk dəfə olaraq Çində yeni növ koronavirus xəstələrinin müalicəsində artıq uğurlu nəticələr verib. Amerikanın bir-neçə ştatında xəstələrin müalicəsi uğurla davam etdirilir və sağalanlar da var. Azərbaycanda gündəlik 10-15 xəstənin orta ağır, 15-20 xəstənin ağır vəziyyətdə olduğunu bilirik və elə gün olur ki, təxminən 5, 6 bəzən 7 nəfər mexaniki süni nəfəs aparatına qoşulmuş vəziyyətdə müalicə alırlar. Onlarda çox ağır tənəffüs çatışmazlığı olur. Ağciyərlərlə yanaşı digər orqanların çatışmazlığı müşahidə edilən ağır xəstələrdə plazma köçürülməsi məqsədəuyğundur.