CƏMİYYƏT


Azərbaycanda koronavirusa yoluxma halları nəzarətə alınıb AÇIQLAMA

Azərbaycanda koronavirusa yoxulma halları ən azı 3 dəfə azalıb. Artıq dövlət qurumları infeksiyanı tam nəzarətə götürüb. Buna görə, karantinin yumşaldılması tədbirləri qaçılmazdır. Müasir dövrdə insanların bu qədər uzun müddət evdə qalması və sosial problemlərin genişlənməsi koronavirusa bənzər problemləri ortaya çıxara bilər. Bu barədə AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.