MÜSAHİBƏ


Məhsulların həm daxili, həm də xarici bazarlara çatdırılmasında heç bir problem yoxdur

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur.